Avropa İttifaqı İdlib və Həmaya edilən hava hücumları barədə xəbərdarlıq etdi

Avropa İttifaqı (Aİ) Suriyada Bəşər Əsəd rejimi və Rusiyanın ölkənin şimal-qərbində yerləşən İdlib və mərkəzi bölgələrindəki Həma şəhərlərinə təşkil etdiyi hücumların dağıdıcı insani nəticələr doğuracağı barədə xəbərdarlıq etdi.

1046708

Aİ Komissiyasının sözçüsü Maja Kocijancic daha əvvəl də İdlibdəki hərbi əməliyyatlara son qoymağa çağırdığını xatırladaraq deyib ki, hücum dağıdıcı insani nəticələrə və acıya səbəb olacaq. Mövzuya dəxli olanlarla məsələni müzakirə edirik.  BMT nəzdində qaldırılan təşəbbüsləri dəstəkləyirik.

Mülki müdafiə mənbələrinə görə, bu ayın əvvəlindən etibarən İdlibin qərbi, cənub-qərbi və Həmanın şimalına edilən qurudan və havadan hücumlarda 29 mülki vətəndaş həyatını itirdi, azı 71 nəfər yaralandı.

Həmin müddətdə Həmanın şimalından Keferzita bölgəsində bir mülki müdafiə mərkəzi ilə Has kəndindəki yəraltı xəstəxanası və Həma ərazilərindəki Latamne bölgəsində bir xəstəxana edilən hava hücumlarında sıradan çıxıb.

Әlaqәli Xәbәrlәr