İran və Rusiya dövlət başçıları üçtərəfli zirvədə önəmli mesajlar veriblər

Bu gün Terhanda keçirilən üçtərəfli  zirvə  toplantısının  açılış  iclasında liderlər önəmli mesajlar veriblər.

1045436
İran və Rusiya dövlət başçıları üçtərəfli zirvədə önəmli mesajlar veriblər

Görüşdə çıxış edən İran Prezidenti Həsən Ruhani bildirib ki, ABŞ-ın Suriyadakı vəziyyətə qeyri-qanuni müdaxiləsinə və bu ölkədəki mövcudluğuna dərhal son qoyulmalıdır: "İran Dəməşqlə müqaviləsinə görə bu ölkədə qalmağını davam etdirəcək". Həsən Ruhani, həmçinin "Suriyadakı müharibə alovunu söndürmək üçün birlikdə addım atmalıyıq. Aydındır ki, Suriyada qeyri-qanuni, işğalçı kimi olan, sionist rejimin maraqlarını güdən ABŞ-dan pozitiv və konstruktiv rol oynamağı gözləmək olmaz. ABŞ-ın Suriyadakı qeyri-qanuni iştirakı heç bir beynəlxalq qayda ilə uyğun gəlmir və ölkədə mövcud olan problemləri daha da artırır. Ruhani  vurğulayıb  ki, qonşu  ölkələrdə  yaşayan yüzbinlərlə    Suriyalı  dərhal  öz  torpaqlarına qayıtmalıdır. İdlibdəki  terrorçulara qarşı  mübarizədə dinç sakinlər zərər  çəkməməlidilər. təcrübələrimizə  əsaslanaraq  deməliyəmki  qarşımızda  xeyli  qısa  yol var. Suriya böhranı  ilə  əlaqəli  əməkdaşlığımız  regiondakı digər  problemlərin həllinə  də  töhfə  verəcək. Suriyada  sülhü  bərpa  edəbilmək üçün  bütün platformalarda   bu  ölkənin  torpaq bütövlüyünə hörmətdən  imtina  edilməməlidir. Suriyadakı  təhlükəsizliyin  sona  çatması  üçün  ABŞ   bu  ölkədəki  varlığına  son qoymalıdır.

Rusiya Prezidenti Vladimir Putin sammitin açılış iclasında  etdiyi  çıxışında Türkiyə, Rusiya və İranın birgə səyləri sayəsində  Suriya  məsələsinin siyasi  yollardan  həllində irəliləyiş  olduğunu bildirib. O  vurğulayıb ki, İdlib şəhərindəki terrorçular təxribat törətdirlər. kimyəvi silah təxribatı hazırlayırlar. Atəşkəs zonasında qalan ekstremist qruplaşmalar İdlib vilayətində cəmləşib. Terrorçular atəşkəs rejimini pozmağa çalışırlar, həmçinin kimyəvi silahla müxtəlif təxribat və provakasiyalar hazırlayırlar. Hazırda Suriya ərazisinin 95 faizi terrorçulardan  təmizlənib.  Bu da üç ölkə  əməkdaşlığının  əhəmiyyətinin  göstəricisidir.  



Әlaqәli Xәbәrlәr