Bu gün Tehranda keçiriləcək zirvə görüşü dünyanın diqqət mərkəzindədir

Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü keçiriləcək.

1044778
Bu gün Tehranda keçiriləcək zirvə görüşü dünyanın diqqət mərkəzindədir

Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü keçiriləcək.

Suriyada Əsəd rejiminin mümkün olan İdlib əməliyyatı və koalisiya qüvvələrinin İdlibdə kimyəvi silahdan istifadə edə biləcəyi iddiaları ilə Suriyada gərginlik dərinləşərkən, Tehranda keçiriləcək Türkiyə-Rusiya-İran  prezidentlərinin üçtərəfli  zirvə görüşü dünyanın diqqət mərkəzindədir.

“Suriya” məsələsi üçün ilk zirvə görüşü Putinin ev sahibliyində 2017-ci ilin noyabr ayının 22-də Soçidə keçirildi. Aprel ayında liderlər yenidən bir araya gəldi. Beş aydan sonra keçirilən bu görüş isə Ankarada baş tutdu.

Üç lider aprelin  4-də prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində görüş keçirdi.

Üçüncü zirvə görüşü isə indi Tehranda təşkil ediləcək.

Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov qeyd edib ki, görüşdə yalnız Suriya problemi deyil, həmçinin İranın nüvə proqramına dair əldə edilmiş razılaşmadan ABŞ-ın birtərəfli qaydada çıxması da müzakirə olunacaq və ona siyasi qiymət veriləcək. Bununla yanaşı, İran və Rusiya iqtisadiyyatlarına təsir edən ABŞ-ın iqtisadi sanksiyaları ətrafında da fikir mübadiləsi aparılacaq.

Türkiyə Dövlət Aparatının açıqlamasına görə, görüşdə Suriya məsələsinə daimi həll tapılması üçün göstərilən cəhdlər rə gündəmdə olacaq. Zrivə görüşü ilə irəliyə doğru atıla biləcək addımların müəyyənləşdirilməsi də hədəf götürülüb.

Rəsmi Ankara Suriyada qalan son münaqişəsiz bölgə olan İdlibin statusunun qorunması və dinc vətəndaşların zərər görməməsindən tərəf öz mövqeyini ortaqa qoyacaq.

Prezident Ərdoğanın Tehrandakı zirvə görüşündən sonra Putin ilə ikitərəfli görüş keçirməsi də gözlənilir.



Әlaqәli Xәbәrlәr