Bəsrədə komendant başladıldı

İraqın cənubunda yerləşən və zəngin neft ehtiyatlara sahib Bəsrə şəhərində etiraz aksiyalarının qarşısını almaq məqsədiylə Komendant saat rejimi  başladılıb.

1044548
Bəsrədə komendant başladıldı

 İraq Müdafiə Nazirliyinin Bəsrə Ortaq Əməliyyatlar Komandanlığının açıqlamasında şəhərdə komendant saatı rejiminin tətbiqinə günorta saatlarından etibarən başlandığını bildirib. Şəhərdəki vəziyyətin yenidən normal hal alması üçün aksiyaçılardan təhlükəsizlik qüvvələrinə yardım etmələri tələb olunub.

İraq neftinin təxminən 80%-ni hasil edilən Bəsrə şəhəri, iyulun 8-dən bəri işsizlik, şəhərdə elektrik və suyun kəsilməsinə görə aksiyalara səhnə olmaqda davam edir. Təhlükəsizlik qüvvələri isə hadisələrin qarşısını almaq üçün nümayişçilərə atəş açaraq müdaxilə edirlər. Buna görə nümayişlər zamanı xeyli sayda aksiyaçı yaralanıb və 20-ə qədər aksiyaçı həyatını itirib.

Qeyd edək ki, aksiyaçılar son iki gündə isə valilik və bələdiyyə binalarına basqın edib və yandırıblar.



Әlaqәli Xәbәrlәr