İsrail hökuməti Beyt Hanun (Ərəz) sərhəd qapısını bağladı

İsrail hökuməti  fələstinlilərin dünəki etiraz aksiyasından sonra Qəzza zolağı ilə sərhəddəki piyada keçidi olan yeganə sərhəd-keçid məntəqəsini bağlayıb.

1043727
İsrail hökuməti Beyt Hanun (Ərəz) sərhəd qapısını bağladı

İsrail  ordusunun  yaydığı   məlumatına  görə , “Ərəz” keçid məntəqəsi, Qəzza zolağından olan etirazçıların törətdiyi dağıntıların aradan qaldırılmasından sonra fəaliyyətə başlayacaq. “Etirazçların atdıqları daşlar “Ərəz” sərhəd-keçid məntəqəsinin fələstinlilərə aid olan hissəsinə zərər vururb. Bununla bağlı sərhəd dağıntılar aradan qaldırılmasına dək bağlı qalacaq. Bərpa  işləri  tamamlananan  qədər  keçid  icazələri  olanlar  istisna  olmaqla  başqa  heç kəsə   icazə   verilməyəcək. 

Qeyd  edək  ki, Qəzza  Zolağında   dünən yüzlərlə Fələstinli,  ABŞ-ın UNRWA-ya maliyyə yardımların dayandırılmasına  dair  qərarından etiraz məqsədiylə Beyt Hanun sərhəd-keçid  məntəqəsində aksiya keçirmişdilər.



Әlaqәli Xәbәrlәr