Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın İdlib şəhərinə hava hücumu etdiyi iddia edildi

Mərkəzi qərargahı İngiltərədə yerləşən Suriya İnsan Haqları Mərkəzi Rusiyaya məxsus qırıcıların 22 gün falisədən sonra şəhəri bombalamağa başladığını bildirib.

1042871
Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın İdlib şəhərinə hava hücumu etdiyi iddia edildi

Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın İdlib şəhərinə hava hücumu etdiyi iddia edildi.

Mərkəzi qərargahı İngiltərədə yerləşən Suriya İnsan Haqları Mərkəzi Rusiyaya məxsus qırıcıların 22 gün falisədən sonra şəhəri bombalamağa başladığını bildirib.

Qeyd edək ki, Rusiya İdlib bölgəsinə əməliyyat üçün hazırlaşan Suriya rejiminə dəstək olur. Müxalifətin son qalası olan İdlib və ətrafında 3 milyon dinc vətəndaş yaşayır.

BMT İdlibə təşkil edilə biləcək bir əməliyyatın 250 min ilə 700 min nəfəri ev-eşindən edə biləcəyilə bağlı xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr