İraq parlamenti yeni sədrini seçə bilmədi

İraqda 12 may parlament seçkilərindən sonra keçirilən iclasda hökuməti quracaq ən böyük parlament koalisiyasının qərarı çıxmadı, yeni məclis sədri seçilmədi.

1042522
İraq parlamenti yeni sədrini seçə bilmədi

İraqda 12 may parlament seçkilərindən sonra keçirilən iclasda hökuməti quracaq ən böyük parlament koalisiyasının qərarı çıxmadı, yeni məclis sədri seçilmədi.
  
 Parlamentin icalsına sədrlik edən ən yaşlı millət vəkili  Məhəmməd Əli Zeyni iclas zamanı baş verən siyasi xaos və anlaşılmazlıqlar səbəbindən sessiyanı təxirə saldı.
 
 İraqda konstitusiyada qeyd olunmasa da, parlament rəhbəri ərəb sünnilərdən, dövlət başçısı kürdlərdən, baş nazir ərəb şiələrindən seçilir.
 
 Şiələrin baş nazir məsələsində olduğu kimi, sünnilərin parlament sədrliyinə və kürdlərin də dövlət başçısı seçiləcək  bir ad üzərində razılığa gələ bilmədikləri bildirilir.



Әlaqәli Xәbәrlәr