ABŞ-ın embarqo qərarlarına baxmayaraq İran neft istehsalı və ixracını davam etdirəcək

İran prezidenti Həsən Ruhani Buşəhr vilayətinə bağlı Aseluye şəhərində 3 neft-kimya layihəsinin açılış mərasimində dövlət televiziya kanalına açıqlama verib.

1043132
ABŞ-ın embarqo qərarlarına baxmayaraq İran neft istehsalı və ixracını davam etdirəcək

“ABŞ-ın embarqo qərarlarına baxmayaraq İran neft istehsalı və ixracını davam etdirəcək”.

Bunu İran prezidenti Həsən Ruhani Buşəhr vilayətinə bağlı Aseluye şəhərində 3 neft-kimya layihəsinin açılış mərasimində dövlət televiziya kanalına açıqlamasında deyib.

Embarqolar qarşısında neft-kimya layihələrinin həyata keçirildiyini vurğulayan Ruhani İranın iqtisadi və psixoloji müharibə ilə qarşı-qarşıya olduğunu bildirərək, bu müharibənin ön cəbhəsində iqtisadiyyatın yükünü öhdələnən neft, qaz və neft-kimya iş qollarının yer aldığını, düşmənin embarqo qərarları ilə bu iş qollarına müdaxilə edildiyini deyib.

ABŞ-ın yeni embarqo qərarları ilə ölkənin müstəqilliyini hədəf götürdüyünü, ancaq bunların ölkəyə mane ola bilməyəcəyini qeyd edən Ruhani ölkəsinin bütün gücü ilə həm neft istehsalını həm də ixracını davam etdirəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr