Prezident F.Məsum:“Məclisdən xalqa xidmət məsələsinə sıx fəaliyyət gözləyirəm”

İraqda mayın 12-də keçirilən seçkilərdən sonra Parlamentdə ilk iclas keçirilib.

1042290
Prezident F.Məsum:“Məclisdən xalqa xidmət məsələsinə sıx fəaliyyət gözləyirəm”

TRT-nin Anadolu agentliyinə istinadla verdiyi məlumata görə, Məclisin açılış nitqini prezident Fuad Məsum edib. O, qanunvericilik, icra və məhkəmə orqanları arasında əməkdaşlığın və hörmətin vacibliyini əsas gətirərək, yeni Məclisdən xalqa xidmət məsələsinə sıx fəaliyyət gözlədiyini bildirib.

Baş nazir Heydər Əl-İbadi də parlamentə çıxış edərək, yeni hökumətin ictimai xidmətlərin təmin edilməsi üçün çalışması lazım olduğunu vurğulayıb. Önümüzdəki dövrün, iqtisadi islahat və təhlükəsizliyə doğru irəliləyişlər dövrü olacağını qeyd edib.

Qonşu, region və dünya ölkələri ilə balanslı və suverenlik hüququna qarşılıqlı hörmət yönündə əlaqələr yaradmaq istədiklərini ifadə edən Baş nazir İbadi qeyd edib ki: Beynəlxalq cəmiyyət ölkəmizin yenidən bərpasına dair layihələrin həyata keçirilməsi istiqamətində bizimlə əməkdaşlıq edir. Ölkə daxilindəki bütün siyasi qruplar da xalqımızın problemləriylə yaxından maraqlanmalıdılar.

Qeyd edək ki, Parlamentin ilk iclasında bəzi ölkələrin siyasi nümayəndələri də iştirak edib.



Әlaqәli Xәbәrlәr