Gürcüstanda çoxmillətli hərbi təlim

Gürcüstanda Türkiyənin də iştirak etdiyi çoxmillətli birgə hərbi təlim başlayıb.

1041557
Gürcüstanda çoxmillətli hərbi təlim

  Senaki şəhərindəki hərbi bazada təlim üçün rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Gürcüstan Müdafiə naziri Levan İzoria, nazirlik rəsmiləri və diplomatlar iştirak edib. L.İzoria çıxışında deyib: “Bu hərbi təlim NATO üzvü olan ölkələrlə Gürcüstan arasında daim artan strateji əməkdaşlığın bir nümunəsidir. Analoji təlimlər regional təhlükəsizliyini gücləndirmək üçün əhəmiyyətlidir.”

  Qeyd edək ki, Gürcüstanın ev sahibliyilə gerçəkləşən "Agile Spirit 2018" hərbi təlimində Türkiyə, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna, Yunanıstan, Çexiya və Estoniya iştirak edir. Təlimlər 11 sentyabra qədər sürəcək.



Әlaqәli Xәbәrlәr