İranda dövlət işçiləri casusluqda ittiham edilərək tutulub

İran İslam Respublikasının kəşfiyyat naziri Mahmud Ələvi ölkədə müxtəlif cinayətlər planlaşdıran onlarla casusu zərərsizləşdirdiklərini açıqlayıb.

1039508
İranda dövlət işçiləri casusluqda ittiham edilərək tutulub

Kəşfiyyat xidmətinin casuslara qarşı bölməsinin əməliyyatlarından danışan iranlı nazir zərərsizləşdirilən casusların müxtəlif dövlət qurumlarında işlədiklərini və əsasən ikili vətəndaşlığa sahib olduqlarını açıqlayıb. Nazir ayın əvvəllərindən bəri güclü əməliyyatların aparıldığını və ölkədə məzhəb münaqişəsi yaratmağa çalışan bir qrup casusun zərərsizləşdirildiyini, onların arasında 5 sünni din xadiminə qarşı sui-qəsd təşkil etmək istəyən şəxslərin də olduğunu diqqətə çatdırıb. Mahmud Ələvi metro stansiyalarında və universitetlərdə də təşkil edilmək istənilən bir neçə terror aktının qarşısının alındığını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr