İran prezidenti məclisi qane edə bilmədi

İran Prezidenti Həsən Ruhani İran parlamentinin hazırkı iqtisadi vəziyyətlə bağlı ünvanlanan  5 suala cavab vermək üçün parlamentin səhər sessiyasında iştirak edib.

1039036
İran prezidenti məclisi qane edə bilmədi

Prezidenti xarici işlər naziri Məhəmməd Cavad Zərif, sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari, kəşfiyyat naziri Mahmud Ələvi, elm və texnoloji işlər üzrə vitse-prezident Sorena Sattari, kənd təsərrüfatı naziri Cihad Mahmud Hojiqati və daxili işlər naziri Əbdülrza Rəhmani Fazli müşayət edib.   Bu barədə "İRNA" xəbər agentliyinə büdcə təşkilatının rəhbəri Məhəmməd Baqir Nobaxt məlumat verib.   Millət vəkilləri 30 dəqiqə vaxt ərzində suallarını veriblər, Həsən Ruhani isə onlara 1 saat ərzində cavab verib.    İran millət vəkilləri Həsən Ruhaniyə mal və valyuta qaçaqmalçılığı, bank sanksiyalarının davam etdirilməsi, işsizlik səviyyəsi, iqtisadi infilyasiya, "Forex" dərəcəsinin artırılması və yerli valyutaya nəzarət edilməməsi ilə bağlı suallar veriblər. Kabinetinin fəaliyyətini  müdafiə  edən  Ruhani, iqtisadi problemlərin Amerika Birləşmiş Ştatlarının sanksiya  tətbiqinə  yenidən   başlaması ilə  yarandığını   qeyd  edib  və   suallara   birbə-bir  cavab verib.  Lakin  İran prezidentinin 5 cavabından yalnız 1-i, bank sanksiyalarının davam etdirilməsi məsələsindəki cavabı parlament tərəfindən məqbul hesab edilib. Onun digər cavabları millət vəkilləri tərəfindən qeyri-məqbul hesab edilərək rədd edilib.   Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani bundan əvvəl parlamentə gələrək hesabat verməkdən boyun qaçırmaqda ittiham edilirdi.

 



Әlaqәli Xәbәrlәr