"ABŞ və digər xarici donanmalar Fars körfəzini tərk etməlidir", Ə.Təngsiri

İran İnqilab Mühafizəçiləri Ordusu Dəniz Qüvvələri komandiri Əlirza Təngsiri Amerika Birləşmiş Ştatları və region xarici qüvvələrinin Fars körfəzində yerləşən donanmalarının bölgə təhlükəsizliyi təhdid etdiyini söylədi.

1038615
"ABŞ və digər xarici donanmalar Fars körfəzini tərk etməlidir", Ə.Təngsiri

  İran İnqilab Mühafizəçiləri Ordusu Dəniz Qüvvələri komandiri Əlirza Təngsiri Amerika Birləşmiş Ştatları və region xarici qüvvələrinin Fars körfəzində yerləşən donanmaları bölgə təhlükəsizliyi təhdid etdiyini söylədi.

  Məşhəd şəhərində mətbuata açıqlama verən Ə.Təngsiri İran qüvvələrinin Fars körfəzi və Oman dənizindəki hərəkətlərini diqqətlə izlədiklərini bildirərək deyib: “ABŞ donanması Fars körfəzinə nüvə-döyüş gəmiləri gətirib-çıxarıb. Amerika nüvə-döyüş gəmilərini öz sularında üzdürməkdən çəkinib bölgəmizə göndərir, İran və qonşularımıza problem yaradır. Ona görə də ABŞ və region xarici qüvvələrin donanmaları Fars körfəzini tərk etməlidir. Biz özümüz Körfəzin təhlükəsizliyini təmin edə bilirik. ABŞ kimi bölgə xaricindən gələn əcnəbilərə ehtiyacımız yoxdur.   



Әlaqәli Xәbәrlәr