İran ilə S.Ərəbistanı arasında mülayim küləklər əsməyə başlayıb

İran ilə Səudiyyə Ərəbistanı arasındakı problemlər müzakirə yolu ilə həll edilə bilər. Bunu İranın dini lideri Əli Xameneyinin nümayəndəsi Qadı əsgər deyib.

1038039
İran ilə S.Ərəbistanı arasında mülayim küləklər əsməyə başlayıb

İran ilə Səudiyyə Ərəbistanının bölgənin iki böyük dövləti olduğunu ifadə edən İranın zəvvarlar üzrə məsul şəxsi və dini lider Əli Xameneyinin nümayəndəsi Əli Qadı əsgər Məkkə-i Mükərrəmədə təşkil etdiyi mətbuat konfransında bir araya gəldikləri Səudiyyə Ərəbistanı səlahiyyətliləriylə səmərəli danışıqlar keçirdiklərini və iki ölkə arasındakı problemlərin dialoq yolu ilə həllinin mümkün olduğunu qeyd edib.

"Düşmənlik və kin-küdrət” İran və Səudiyyə Ərəbistanının "regional məqsədlərinə nail olmalarına töhfə vermiyəcək deyən Əsgər, terror təşkilatı DEAŞ-ın Yaxın şərqdə qan axıtdığı bir dövrdə, daha əhəmiyyətli hədəflərə fokuslanmanın vacib olduğunu vurgulayıb. Qonşu ölkələrlə regional birliyin yaradılmasına zərurət olduğuna diqqət çəkib. Səudiyə səlahiyyətlilərin, zəvvarlar üçün yaxşı şərait yaradmaq uğrunda lazımlı tədbirləri hər il artıraraq həyata keçirdiklərini sözlərinə əlavə edib.

 



Әlaqәli Xәbәrlәr