İran İqtisadiyyat və Maliyyə naziri işdən çıxarıldı

İran Milli Məclisində keçirilən səsvermədə 121 deputat Kerbasiyanın vəzifədə qalması, 137 millət vəkili isə işdən çıxarılmasını istədi.

1037827
İran İqtisadiyyat və Maliyyə naziri işdən çıxarıldı

  İran İqtisadiyyat və Maliyyə naziri Məsud Kerbasiyan vəzifəsindən çıxarıldı.

  İran Milli Məclisində keçirilən səsvermədə 121 deputat Kerbasiyanın vəzifədə qalması, 137 millət vəkili isə işdən çıxarılmasını istədi. Səbəb olaraq Məsud Kerbasiyanın ölkədəki iqtisadi böhranı idarə edə, lazımi tədbirləri görə, uyğun maliyyə nəzarəti və şəffaflığı təmin edə bilmədiyi göstərilib. Onunla bağlı şikayət 19 avqustda 33 deputatın imzası ilə parlament rəhbərliyinə təqdim olunmuşdu.

  Xatırladaq ki, İranın Əmək naziri Əli Rəbi də 8 avqustda Məclisdə keçirilən səsvermədə səs almayaraq vəzifəsindən çıxarılmışdı.



Әlaqәli Xәbәrlәr