"Gürcüstan mütləq Aİ və NATO üzvü olacaq", A.Merkel

Almaniya kansleri Angela Merkel Gürcüstan, Ermənistan və Azərbaycanı əhatə edən səfərinə başlayıb. O, səfərin ilk dayanacağında Tiflisdə Gürcüstanın baş naziri Mamuka Bahtadze ilə bir araya gəlib.

1037058

  Görüşdən sonra açıqlama verən M.Bahtadze Rusiyanın Gürcüstana yönəlik təhdidlərinə baxmayaraq, ölkəsinin Aİ və NATO-ya üzvlük hədəfinin davam etdiyini vurğulayıb: "Gürcüstan Avropa sivilizasiyasının bir parçasıdır. Etməyimiz lazım olan çox şey var".

  A.Merkel də Gürcüstana hədəfləri mövzusunda dəstək verərək deyib: "Gürcüstanın mütləq Aİ və NATO üzvü olacağına inanırıq. Bu ölkənin Aİ və NATO üzvlüyü heç bir ölkəyə qarşı deyil."

  Həmkarı ilə görüşdən sonra Almaniya kansleri Gürcüstan prezidenti Georgi Margvelaşvili tərəfindən qəbul edilib. Merkel və Margvelaşvilinin mətbuata qapalı görüşündə iki ölkə münasibətlərinin müzakirə olunduğu bildirilib.

  Qeyd edək ki, Moskva-Tbilisi münasibətləri 2008-ci ildə Rusiyanın Gürcüstanla Cənubi Osetiya müharibəsindən bu yana gərgindir. Savaşdan sonra Rusiya dəstəkli Cənubi Osetiya və Abxaziya Gürcüstandan ayrı öz müstəqilliklərini elan edib və Rusiya da onları tanıyıb. Rusiya ilə gərginlik yaşayan Gürcüstan Avropa İttifaqı və NATO-nun çətiri altında qoruma təmin etməyi planlaşdırır.

Әlaqәli Xәbәrlәr