İran Aİ ölkələrindən konkret addımlar gözləyir

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif nüvə müqaviləsinin ABŞ-sız davam edəcəyini, lakin Aİ ölkələrinin daha praktik addımlar atmalı olduğunu söylədi.

1035652
İran Aİ ölkələrindən konkret addımlar gözləyir

 İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komissiyasında millət vəkillərinin son hadisələrlə bağlı suallarını cavablandırdıqdan sonra jurnalistlərə açıqlamalar verdi.
 
 Zərif nüvə müqaviləsinin ABŞ olmadan da Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya ilə davam edəcəyini təkrarladı, Aİ ölkələrinin bu məsələdə daha konkret və praktik addımlar atmalı olduğunu bildirdi.
 
 Aİ ölkələrinin bank sahəsi və İrana sərmayə qoyacaq şirkətləri qorumaq istiqamətində müsbət və gözəl addımlar atdığını dilə gətirən Zərif bu kimi addımların tətbiqi mərhələsinə keçilməsinin və daha çox zaman itirilməməsinin bu ölkələrin özləri üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.
 
 



Әlaqәli Xәbәrlәr