Rusiya ABŞ-a nota göndərdi

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir...

1034496
Rusiya ABŞ-a nota göndərdi

  Rusiya Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarındakı Rusiya diplomatik mülkləri məsələsində beynəlxalq hüququn pozluması ilə bağlı ABŞ-a nota göndərib.

  Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Rusiyanın ABŞ-dakı diplomatik mülklərinə qarşı beynəlxalq hüququ israrlı şəkildə pozan Amerika Birləşmiş Ştatlarını qınayırıq… Rusiya-ABŞ münasibətlərini aşan və bütün beynəlxalq ictimaiyyətin maraqlarına təsir edən bu pozuntulara Birləşmiş Millətlər Təşkilatının da diqqəti çəkilib".  

  Xatırladaq ki, ABŞ rəhbərliyi Rusiyaya qarşı sanksiyalar çərçivəsində 2017-ci ilin sentyabrında Rusiyanın San-Fransiskodakı Baş Konsulluğunu, Nyu-York və Vaşinqtondakı ticarət nümayəndəliklərini bağlayıb. Rusiya hökuməti sözügedən addımı “düşməncə hərəkət” adlandırmış və həmin mülklərin Rusiyaya geri qaytarılması tələb edilmişdi.



Әlaqәli Xәbәrlәr