Pakistanda müstəqillik günü qeyd olunur

Pakistan Britaniyadan müstəqillik elan etməsinin 71-ci ildönümünü qeyd edir. Pakistan xalqı ildönümü münasibətiylə küçələrə axışıb.

1031947
Pakistanda müstəqillik günü qeyd olunur

Paytaxt İslamabadda parlament binasının qarşısında toplanan vətəndaşlar mahnılar oxuyur, rəqs edirlər. Müxtəlif yerlərdə atəşfişanlıq olub.

Qeyd edək ki, Pakistan Britaniya kolonial idarəçiliyinin 1947-ci ildə sona yetməsi ilə yaranıb. Həmin vaxt müstəmləkə subkontinent müsəlman Pakistanla Hinduların çoxluq təşkil etdiyi Hindistan arasında bölündü. Bölünmə zamanı 10 milyondan çox adam sərhədləri adlamışdır. Təriqətlərarası zorakılqılarda isə yüz minlərlə adam həyatını itirib.

 

 



Әlaqәli Xәbәrlәr