"ABŞ heç zaman beynəlxalq öhdəliklərə uymayıb", A.Ə.Xamneyi

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin Türkiyəyə dəstəyini, İran dini lideri Ayətullah Əli Xamneyi isə Amerika Birləşmiş Ştatları ilə müzakirələri qadağan etdiyini vurğuladı.

1031543
"ABŞ heç zaman beynəlxalq öhdəliklərə uymayıb", A.Ə.Xamneyi

  İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin Türkiyəyə dəstəyini, İran dini lideri Ayətullah Əli Xamneyi isə Amerika Birləşmiş Ştatları ilə müzakirələri qadağan etdiyini vurğuladı.

 Qətər mərkəzli “Al-Jazeera” televiziyasına müsahibə verən İran Xarici İşlər naziri ABŞ rəhbərliyinin yürütdüyü siyasətə dair danışdı:

  “ABŞ prezidenti Donald Trampın sanksiya çıxışları “şərtsiz danışıqlar” təbliğatından ibarətdir. İran rəsmi Vaşinqtonla təhdidlər kölgəsi altında heç nəyi müzakirə etməyəcək.

  ABŞ ilk növbədə sanksiyaları dayandırmalıdır. Amerika ilə danışıqlar yalnız digər ölkələrə hörmət etməsi və sanksiyalardan imtina etməsi zamanı mümkün ola bilər.

  Rəsmi Vaşinqtonun sanksiya və təhdid siyasəti İranın regional siyasətini dəyişdirməyəcək. Balistik raket proqramı heç bir ölkəyə təhlükə yaratmadığı üçün bu barədə danışıqlara getməyəcəyik.”

  ABŞ-ın Türkiyə iqtisadiyyatına yönəlik atdığı addımları da dəyərləndirən Məhəmməd Cavad Zərif deyib: "Amerika Türkiyəyə qarşı ağır iqtisadi müharibəyə başladı. İran Türkiyəni tamamilə dəstəkləyir".

  İranın dini lideri Ayətullah Əli Xamneyi isə paytaxt Tehranda müxtəlif təbəqələrdən olan xalq nümayəndələri bir araya gəldiyi toplantıda ABŞ-la müzakirələrlə bağlı bunları söyləyib: “ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra rəsmi Vaşinqtonun əsl üzünü bütün dünyaya göstərdi. Bu ölkə İrandan gah müzakirə tələb edir, gah da müharibə variantları irəli sürür. Nə müzakirə olacaq, nə də müharibə… ABŞ heç zaman beynəlxalq öhdəliklərə uymayıb. Bu saxtakar dövlətlə nəyi müzakirə edək? ABŞ-la müzakirələri qadağan edirəm. Səhv etdik ki, bura qədər nüvə müzakirələrinə getdik."



Әlaqәli Xәbәrlәr