Əfqan qüvvələri ilə taliban silahlılar arasında qarşıdurmalar davam edir
Əfqanıstanın Qəznə şəhərinə istiqamətli hücumlar təşkil edən Taliban üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar üç gündür davam edir.
1031112

Əfqanıstan Baş Qərargah rəisi Şerif Yeftali bildirib ki, Qəznə mərkəzinə istiqamətli hücumlar təşkil edən taliban silahlıları geri oturtulub. Ancaq şəhərin bəzi bölgələrində hələ də qarşıdurmalar davam edir. Bəzi silahlılar isə dinç sakinlərin evlərində gizliniblər. Lakin qıssa müddətdə şəhər bu silahlılardan təmizlənəcək.
Qəzən şəhər şurası rəhbərinin müavini Amanullah Kamuranini isə, Talibanın şəhər mərkəzində xeyli nöqtəyə nəzarəti ələ keçirdiyini, binaları yandırdığını irəli sürüb.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı İdlibә humanitar yardım göndәrib
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şəhərinə 86 yük maşını ilə humanitar yardım göndərdi.