"Dollar əvəzinə avro və ya Çin yuanı istifadə edəcəyik", A.Siluanov

Rusiya Amerika Birləşmiş Ştatlarının sanksiyalarına sərt reaksiya verdi.

1031626
"Dollar əvəzinə avro və ya Çin yuanı istifadə edəcəyik", A.Siluanov

  Rusiya baş nazirinin birinci müavini və Maliyyə naziri Anton Siluanov deyib: “Artıq ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli bir alət oldu. Rusiya ABŞ-ın ölkəyə sanksiyalarıyla əlaqədar dollar istifadəsini azaldacaq. Neft ticarətində də yerli pullara keçilmə ehtimalı var. Rusiya dollar əvəzinə digər valyutaların istifadəsini artırmaq fikrindədir. Amerika mallarına investisiyalarımızı çox azaltdıq və buna davam edəcəyik. Dollar əvəzinə də avro və Çin yuanı pul vahidlərinin istifadəsini artıracağıq. Biz Rusiyadakı Amerika şirkətlərinə sanksiya tətbiq etməyi planlaşdırmırıq, çünki elə ABŞ-ın sanksiyaları Amerikalıları yıxacaq".



Әlaqәli Xәbәrlәr