“Türkiyǝ ilǝ İran arasındakı ticarǝt leqaldır”

Türkiyǝ ABŞ-nın sanksiya qǝrarına baxmayaraq İrandan tǝbii qaz almaqda davam edǝcǝk.

1028275
“Türkiyǝ ilǝ İran arasındakı ticarǝt leqaldır”

İran ilǝ Türkiyǝ arasındakı ticarǝtimiz leqaldır. Bu ǝlaqǝlǝrimiz davam edǝcǝk. Bunu Energetika və təbii sərvətlər naziri Fatih Dönmez xusis bir telekanala verdiyi müsahibǝsindǝ deyib.

Energetika və təbii sərvətlər naziri Fatih Dönmez: “Bizim üçün enerji təhlükəsizliyi vacibdir, İranla qaz müqaviləmiz var, onun müddəti 2026-cı ilədəkdir. Bu müqaviləyə əsasən, biz ildə 9,5 milyard kubmetr qaz alırıq. Vətəndaşlarımızı enerjisiz və soyuqda saxlamaq niyyətimiz olmadığı üçün müqavilənin icrası davam edəcək”, - Dönməz deyib. 

O əlavə edib ki, ABŞ-ın İrana qarşı sanksiya qərarı birtərəflidir. Avropa İttifaqı da ABŞ-nın qǝrarından narahatdır. Hazırda nümayǝndǝ heyǝtimiz ABŞ-da görüşlǝr keçirir. Sanksiyalar da daxil olmaqla bir çox mövzu müzakirǝ edilir. Hǝmin danışıqlardan müsbǝt nəticə ǝldǝ edilǝcǝyindǝn ümidliyǝm.

 



Әlaqәli Xәbәrlәr