İranın ǝmǝk vǝ sosial  müdafiǝ naziri əli Rəbii vǝzifǝdǝn azad edilib

Mǝlumata  görǝ İran parlamentində impiçment prosesinin sonunda millət vəkilləri   nazir əli Rəbiini vəzifəsindən azad etmək üçün 129 səs yığıb.

1028459
İranın ǝmǝk vǝ sosial  müdafiǝ naziri əli Rəbii vǝzifǝdǝn azad edilib

Millət vəkilləri nazirin vəzifəsində göstərdiyi gözləntilərdən narazı qalıblar. Bu, ötən 11 ay ərzində nazirin üçüncü impiçmentidir.   İran prezidenti Həsən Ruhani üç ay ərzində əli Rəbiini tutduğu vəzifədən azad etməlidir.  Xatırladaq ki, əli Rəbii ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinə belə münsaibət bildirib: “Bu məhdudiyyət səbəbindən İranın bir milyon vətəndaşı işsiz qalacaq. ABŞ-ın birtərəfli addımı bizim üçün böyük maliyyə problemi yaradacaq”.   Qeyd edək ki, Rəbii, 2013-ci ilin avqust ayında prezident Həsən Ruhaninin ilk dövründən bəri nazirliyə rəhbərlik edib.

 



Әlaqәli Xәbәrlәr