İordaniyada həkimlər tətil etdilər

İordaniyada dövlət xəstəxanalarında işləyən həkimlər və səhiyyə işçiləri iş şərtlərinin inzibati və maddi olaraq yaxşılaşdırılması tələbi ilə aksiya keçirdilər.

1027508
İordaniyada həkimlər tətil etdilər

İordaniyada dövlət xəstəxanalarında işləyən həkimlər və səhiyyə işçiləri iş şərtlərinin inzibati və maddi olaraq yaxşılaşdırılması tələbi ilə aksiya keçirdilər.

Ölkədəki bütün xəstəxana və səhiyyə mərkəzlərindəki həkim və səhiyyə işçiləri bu səhər 2 saat müddətində işləməyiblər.

Tətil Təşkilat Komitəsinin sədri Doktor Bilal Azzam aksiyaya çox həkimin qatıldığını və onların işlədikləri qurumların qarşısında etirazlar təşkil etdiyiklərini bildirdi.
 
Müvafiq qurumlarla aparılan danışıqlar nəticəsiz olduğu üçün bu yolun seçildiyini bildirən Azzam hələ ki, hökumətdən aksiyaya dair bir məlumatlandırma olmadığını söylədi.
 
 Azzam rəsmi orqanlardan tələblər məsələsində müsbət cavab gəlmədiyi təqdirdə aksiyaların artırılacağını qeyd etdi.

 

 



Әlaqәli Xәbәrlәr