DEAŞ Kərkük ilə digər şəhərlər arasındakı yüksək voltlu elektirik xəttlərini təxrib edib

Terror təşkilatı DEAŞ-ın İraqın şimalındakı Kərkük ilə digər şəhərlər arasındakı yüksək voltlu elektirik xəttlərinə qarşı təxribatçılıq nəticəsində bölgədə 18 saata yaxın elektirik kəsilib.

1027295

Kərkük Elektirik Paylama şirkətinin müdiri Yalçın Mehdi mətbuata verdiyi açıqlamada DEAŞ üzvlərinin son bir həftədir təqribən hər gün yüksək voltlu elektirik xəttlərinə qarşı təxribatçılıq törətdiklərini söyləyib.

Kərkükdə olan üçün önəmli elektirik stansiyasından digər şəhərlərə ötürülən elektriyi dayışan yüksək voltlu xəttlərin hədəf götürüldüyünü vurğulayan Mehdi DEAŞ-ın elektirik xəttlərini hədəf götürərək vətəndaşı hökumətə qarşı təhrik etdiyini bildirib.

Qeyd edək ki, İraqın Elektirik Nazirliyinin sözçüsü Musab əl-Mudərris iyulun 6-da verdiyi açıqlamada yığılan borclara görə İranın İraqa min meqavatlıq elektirik enerjisini dayandıması ilə Meysan, Zikar və Bəsra şəhərlərinə elektirik kəsilmə müddətinin daha da uzadığını elan edib.

Әlaqәli Xәbәrlәr