İran Mərkəzi Bankının Valyuta İdarəsinin sədr müavini həbs olundu
ran Mərkəzi Bankının Valyuta İdarəsinin sədr müavini Əhməd Irakçi həbs olundu.
1026403

İran Mərkəzi Bankının Valyuta İdarəsinin sədr müavini Əhməd Irakçi həbs olundu.
Xəbəri İranlı Tələbələr İnformasiya Agentliyi - İSNA yaydı.
Xəbərdə İran Məhkəmə Hakimiyyətinin sözçüsü Qulam Hüseyn Möhsün Ejeinin İran Mərkəzi Bankı Valyuta İdarəsinin sədr müavini Əhməd Irakçinin həbs olunduğu, 3 şəxsin də korrupsiya üzrə istintaqa cəlb olunacağı barəsində məlumat verdiyi bildirilir.
Ejei dolların məzənnəzi ilə bağlı korrupsiya əməllərinə qarışdığı iddia edilən 6 şəxsin də istintaq işi başa çatdıqdan sonra həbs olunduğunu qeyd edib.
Əhməd Irakçi dünən vəzifəsindən azad olunmuşdu.
Әlaqәli Xәbәrlәr

Suriyanın Haseke şəhərində 5,2 bal gücündə zəlzələ baş verib
5,2 bal gücündə zəlzələ Türkiyənin Cənub-Şərqi Anadoludakı vilayətlərində də hiss edilib.