İordaniya və İraq hərbi əməkdaşlıq müqaviləsi bağladılar

İordaniya və İraq terrorla mübarizə ilə bağlı hərbi əməkdaşlıq barəsində müqavilə imzaladılar.

1026321
İordaniya və İraq  hərbi əməkdaşlıq müqaviləsi bağladılar

 İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Mahbucun verdiyi açıqlamaya görə, İraq və İordaniya terrorla mübarizə və sərhədlərin qorunması məsələsində əməkdaşlıq müqaviləsi imzalayıblar.
 
 İki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi güdən müqavilədə terrorizmlə mübarizədə qarşılıqlı kəşfiyyat və ortaq sərhədlərin qorunmasında təcrübə mübadiləsi aparılacağı qeyd olunur.
 
 Açıqlamada müqavilənin məzmununa dair ətraflı məlumat verilmir.
 
 İraqda 2003-cü ildə amerikan işğalı ilə devrillən Səddam Hüseyndən sonrakı dövrdə bu sahədə ilk dəfə belə bir müqavilənin bağlandığına diqqət çəkən mütəxəssislər iki ölkə arasındakı sərhədin uzunluğunun 180 kilometr olduğunu bildirirlər.



Әlaqәli Xәbәrlәr