İranda aksiyalar yayılaraq davam edir

İranda müxtəlif şəhərlərdə davam edən nümayişlər  sürətlə yayılır. Xalq ölkədəki iqtisadi vəziyyətdən etiraz edir.

1025074
İranda aksiyalar yayılaraq davam edir

3 gun əvvəl İsfahanda, daha sonra da yayılaraq Məşhəd, Şiraz kimi şəhərlərdə davam edən aksiyalara paytaxt tehran da səhnə oldu.

Tehranda küçələrə axışan aksiyaçılar "Vəliəsr Meydanı" yaxınlığında zibil konteynerləri yandırıblar. Şüarlar səsləndiriblər. Yoldan keçən sürüçülər də nümayişçilərə dəstək veriblər.

Xatırladaq ki, Dekabr ayında, Məşhəd şəhərində, iqtisadi problemlər səbəbiylə başlayan, sonra aralarında İsfahanın da olduğu bir çox şəhərə yayılan nümayişlər zamanı 25 nəfər həyatını itirmişdi.

Ölkədə dolların məzənnəsinin artmasıyla ötən ay paytaxt Tehranın ən əhəmiyyətli ticarət mərkəzlərindən "Böyük Bazar "-dakı sahibkarlar iqtisadi vəziyyəti səbəb göstərərək dükanlarını açmadılar. Hökumətin iqtisadiyyat sahəsində həyata keçirdiyi tədbirlər isə  dollar məzənnəsinin artmasına mane ola bilmədi.



Әlaqәli Xәbәrlәr