İsraildən İrana xəbərdarlıq

İsrail Baş naziri Benyamin Netanyahu, İrana, Qırmızı dənizdə Babul Mendeb Boğazını bağlamağa cəhdinə görə xəbərdarlıq verib.

1024296
İsraildən İrana xəbərdarlıq

Netanyahu, Ölkəsinin şimalındakı Haifa dəniz bazasında keçirilən dəniz zabitləri məzuniyyət mərasimində çıxış edib.

İranın Babul Mendebi boğazını bağlamağa cəhdinə qarşı  güclü bir beynəlxalq koalisiyanın  yarana biləcəyinə əminliyini ifadə edən İsrail Baş naziri Netanyahu Belə bir koalisiya tərkibində İsrailin də iştirak edəcəyini vurğulayıb, lakin koalisiyada hansı ölkələrin olacağına dair ətraflı  məlumat verməyib.

Qeyd edək ki, Yəməndə, İran tərəfdarı Husilər, keçən həftə Qırmızı dənizdə Səudiyyə Ərəbistanın iki neft gəmisinə hücum təşkil etmişdilər. Həmin hadisədən sonra rəsmi Riyad, Babul Mendeb boğazından neft daşıma işini dayandırmışdı. İran İnqilab Mühafizəçiləri Ordusu komandirlərindən Qasım Süleymani hücumdan sonra "Qırmızı dənizin daha ABŞ üçün təhlükəsiz olmayacağını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr