Bolqarıstanda Schengen tətbiqləri

Schengen ölkələrinə giriş qadağası olanlar bu gündən etibarən Bolqarıstan ərazisinə də girə bilməyəcəklər.

1023956
Bolqarıstanda Schengen tətbiqləri

Bolqarıstan Milli Televiziyasının (BNT) yayımladığı xəbərə görə, Avropa İttifaqı Schengen Məlumat Sisteminə (SİS) üzv olan Bolqarıstanın Sərhəd Polisi SİS-in qaydalarını qeydsiz-şərtsiz tətbiq eədcək.

Bolqarıstan ərazisinə giriş qadağası SİS-də Schengen ölkələrinə giriş və yaşayış qadağası olduğu görünən şəxslərə tətbiq ediləcək.

Bolqarıstanda olan, lakin yaşayış icazəsi olmayan xarici ölkə vətəndaşları ölkədən deportasiya olunacaqlar.

Bolqarıstan şimal qonşusu Rumıniya ilə birgə 2007-ci ildə Aİ üzvlüyünə qəbul olunmuşdu, lakin hər iki ölkə Schengen bölgəsinə daxil olmaq üçün hələ də Aİ-nin təsdiqini gözləyir.

 

 



Әlaqәli Xәbәrlәr