“İran iqtisadiyyatı çökür”: C.Muhibbiniya

İran Məclisinin Büdcə Komissiyasının üzvü Cəhanbəxş Muhibbiniya, ölkə iqtisadiyyatının çökməkdə olduğunu bildirib.

1023166
“İran iqtisadiyyatı çökür”: C.Muhibbiniya

Miyanduab vilayətindən seçilmiş Deputat məclisdə etdiyi çıxışında, "İran iqtisadiyyatı çökür. Xahiş edirəm, gözlərinizi açın. Prioritet məsələləri məclis gündəminə gətirmədiyi üçün Prezident Həsən Ruhani hökumətindən narazıyıq",- deyib.

Valyuta bazarında dolların 11 min tümənə qalxdığını ifadə edən Muhibbiniya, ölkədə işsizlik və bahalılıq kimi iqtisadi problemlər ilə yanaşı, ətraf mühit və səhiyyə sahələrində də çətinliklər olduğunu vurğulayıb və bu cür problemlərlə qarşı-qarşıya olan xalqa qulaq asılmasını istəyib.

 



Әlaqәli Xәbәrlәr