Heydər əl-İbadi Neçirvan Bərzani ilə görüşdü

İraq Baş naziri Heydər əl-İbadi  paytaxt Bağdadda İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Neçirvan Bərzani ilə  görüşdü.

1022688
Heydər əl-İbadi Neçirvan Bərzani ilə görüşdü

İraq Baş naziri Heydər əl-İbadi  paytaxt Bağdadda İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Neçirvan Bərzani ilə  görüşdü.
 
 İbadinin ofisindən  görüşdə ölkədəki siyasi və ümumi vəziyyətin, Bağdad ilə Ərbil arasındakı ortaq məsələlərin müzakirə olunduğu açıqlandı.
 
 Açıqlamaya görə, görüşdə terror təşkilatı DEAŞ-a qarşı mübarizədə qazanılan qələbədədən sonra Bağdad-Ərbil dialoqunun ortaq milli maraqlar əsasında  davam etməsinin vacibliyi vurğulanaraq: "Iraqı risk və təhlükələrdən uzaq tutmaq üçün əməkdaşlığın mühafizə edilməsi lazımdır" ifadəsi işlədilib.
 
 İbadi- Bərzani görüşündə 12 may ümumi seçkilərindən sonra davam edən hökumətqurma işlərinə də toxunulub.
 
 Liderlərin yeni hökumətin qurulması məsələsində yaxın mövqe nümayiş etdirdikləri bildirilir.
 
Xatırladaq ki, İraqda 12 mayda keçirilən parlament seçkilərindən təxminən 3 ay keçməsinə baxmayaraq hələ də hökumət qurulmayıb.



Әlaqәli Xәbәrlәr