"İran ilə ABŞ arasında görüş keçirilməsi mövzusu gündəmdə yoxdur”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi paytaxt Tehranda mətbuat konfransı keçirib.

1022421
"İran ilə ABŞ arasında görüş keçirilməsi mövzusu gündəmdə yoxdur”

İran ilə ABŞ arasında görüş keçirilməsi mövzusu yoxdur.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi paytaxt Tehranda keçirdi mətbuat konfransında deyib.

Sözçü ABŞ-ın İrana qarşı “düşməncəsinə” mövqeyi davam etdiyi müddətdə müzakirənin qeyri-mümkün olacağını bildirərək deyib ki, ABŞ etibarlı ölkə olmadığını hər gün sübuta yetirir. Belə bir siyasətə sahib ABŞ ilə görüş keçirmək bir mənalı olaraq qeyri-mümkündür.

Qasımi Trampın İran əleyhinə açıqlamalarının ölkədən kənardakı rejim müxalifətinin İranı müdafiə etmələrinə səbəb olmasına görə məmnuniyyətini dilə gətirib. 

İranın Xarici İşlər naziri Cavab Zərifin keçən günlərdə Omana səfərini xatırladan mətbuat mənbusları səfərin ardından bu ölkənin Xarici İşlər naziri Yusif bin Ələvinin ABŞ-a getdiyini bildirərək, bunun vasitəçilik təşəbbüsü olub olmadığını sual ediblər.

Qasımi isə Bin Ələvinin ABŞ-da görüşlərinin möhdəvasına dair məlumatının olmadığını deyib.



Әlaqәli Xәbәrlәr