"Azadlıq Donanması"nın beynəlxalq səviyyədə qorunması tələb edildi

Norveç və İsveçdən may ayında yola çıxan və bu səhər Qəzzaya çatması gözlənən "Azadlıq Donanması"na qoşulan aktivistlərin beynəlxalq səviyyədə qorunması tələb edildi.

1021552
"Azadlıq Donanması"nın beynəlxalq səviyyədə qorunması tələb edildi

 Qəzzada Blokadanı Yarmaq və Yenidən Abadlıq Milli Hərəkatının sözcüsü Ethem Əbu Səlimə Qəzzada keçirdiyi mətbuat konfransında: "İşgal qüvvələrinin Qəzza blokadasını yarmaq üçün İsveç və Norveçdən yola çıxan Azadlıq Donanmasına mane olunmaması ilə bağlı xəbərdarlıq edirik" dedi.
 
Bu səhər Qəzzaya çatması gözlənən "Azadlıq Donanması"na qoşulan aktivistlərin beynəlxalq səviyyədə qorunmasının təmin olunmasına çağıran Əbu Səlimə: "15 ölkədən 36 aktivistin olduğu donanmanı qarşılamağa hazırıq" ifadəsini işlətdi.

 İsrailin 2006-cı ildən bu yana Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq məqsədilə 15 mayda Norveç və İsveçdən yola çıxan donanmadakı aktivistlər lövbər saldıqları limanlarda Qəzzanın blokadasını dünyaya çatdırdılar.
 
 "Qəzzaya Azadlıq Donanması" Qəzza məsələsi ilə bağlı fərqindəlik, məlumatlandırma və ictimai rəy formalaşdırma məqsədi güdür.



Әlaqәli Xәbәrlәr