Məscidül-Əqsanın qapıları yenidən açıldı

İsrail polisi cümə namazından sonra məsciddə olan insanlara etdiyi hücumdan sonra bağladığı Məscidül-Əqsanın  qapılarını yenidən açdı.

1021232
Məscidül-Əqsanın qapıları yenidən açıldı

 Qüds İslami Vəqflər İdarəsinin sözçüsü Firas Dibs yazılı açıqlama verərək, Məscidül-Əqsanın  qapılarının yenidən açıldığını bildirdi.
 
 Qapılar açıldıqdan sonra onlarca insan namaz qılmaq üçün təkbir gətirərək Məscidül-Əqsaya girdi.
 
  Qeyd edək ki, İsrail polisi, cümə namazından sonra Məscidül-Əqsadakı camaata gözyaşardıcı qaz və səs bombaları ilə hücum etmiş, məscidi boşaltdıqdan sonra Hərəmi Şərifin bütün qapılarını bağlamış, Kubbetus Səhra və Qiblə Məscidini mühasirəyə almışdı.

  Basqın zamanı çox sayda fələstinli saxlanılıb, hücum zamanı yaralananlar olub.



Әlaqәli Xәbәrlәr