Fǝlǝstinli qadın yazıçı nǝzarǝtǝ  götürülüb

İsrail əsgərləri, fələstinli qadın jurnalist-yazıçı Ləma Hatiri,  işğal altındakı İordan çayının qərb sahilinin cənubundakı əl-Xəlil şəhərində yerləşən evinə gecə basqın verǝrǝk  nəzarətə götürüblǝr.

1018688
Fǝlǝstinli qadın yazıçı nǝzarǝtǝ  götürülüb

Müəllif Ləma Hatirin hǝyat yoldaşı  Hazim Fəhuri açıqlamasında,  İsrail əsgərlərinin gecə evlərinə basqın etdiyini, evdə axtarış apardıqdan sonra da 42 yaşlı həyat yoldaşını  nəzarətə aldığını qeyd edib. Fəhuri işğal altındakı İordan çayının qərb sahilinin əl-Xəlil şəhərindəki İsrail kəşfiyyat rəsmisinin iki həftə əvvəl özlərini ifadəyə çağırdığını və arvadını həbs etməklə təhdid etdiyini sözlǝrinǝ  ǝlavǝ  edib. Fələstinin müxtəlif qəzet və xəbər saytlarında yazı və məqalələri dərc olunan  yazıçı Hatir 5 uşaq anasıdır. Mǝlumata  görǝ  o, davamlı tibbi nǝzarǝtǝ ehtiyac duyan xroniki bir xəstəlikdən əziyyət çəkir.  



Әlaqәli Xәbәrlәr