İran ABŞ-ı Hörmüz Boğazını bağlayacağı ilə təhdid etdi

İran dini lideri Ayətullah Əli Xamneyi prezident Həsən Ruhaninin “Amerika Birləşmiş Ştatları İran neftinin satışına mane olarsa, Hörmüz Boğazını bağlayacaq”larına dair açıqlamasına dəstək verdi.

1016899
İran ABŞ-ı Hörmüz Boğazını bağlayacağı ilə təhdid etdi

  İran dini liderinin mətbuat ofisindən verilən məlumata görə, A.Ə.Xamneyi paytaxt Tehrandakı iqamətgahında Xarici İşlər Nazirliyi rəsmiləri, İranın ölkə xaricində səfirləri və diplomatik missiya nümayəndələrini qəbul edib. O, burada etdiyi çıxışında deyib: “İran prezidenti Həsən Ruhaninin “İranın neft satışının qarşısının alınarsa, bölgədə heç kəs neft ixracı edə bilməz” bəyanatı İranın məsələyə dair siyasətini və mövqeyini ortaya qoyan mühüm bir açıqlamadır… ABŞ etibarsızdır. Rəsmi Vaşinqtonla danışıqlar yolu ilə problemləri ortadan qaldımağı düşünmək mənasızdır. Avropa ölkələri ilə vəziyyət bunun tərsidir.”  

  Xatrıladaq ki, İran prezidenti Həsən Ruhani 17 ıyulda İsveçrədə ölkədəki iranlılarla bir araya gəldiyi toplantıda demişdi: "ABŞ rəhbərliyi İrana bir damla neft ixrac etməyəcəyik. Bu, region neftinin ixrac edilə bilməz mənasına gəlir. Əgər bunu etdinizsə, nəticələrinə də dözün. İranla Hörmüz körfəzi arasında yer alan və qlobal neft ticarəti üçün həlledici əhəmiyyətə malik boğazdan həyata keçirilən ixraca İran mane olacaq".



Әlaqәli Xәbәrlәr