Kərbəla şəhərində partlayış oldu,15 nəfər yaralandı

İraqın cənubundakı Kərbəla şəhərində silah-sursat anbarında baş verən partlayışda 15 nəfər yaralandı.

1016577
Kərbəla şəhərində partlayış oldu,15 nəfər yaralandı

İraqın cənubundakı Kərbəla şəhərində silah-sursat anbarında baş verən partlayışda 15 nəfər yaralandı.
 
 İraq ordusunda xidmət edən kapitan Alaa Nasır bu barədə məlumat verərək, anbarın şiə milisi Haşdi Şabinin Əli Əkbər Briqadalarına aid olduğunu bildirdi.

Nasir:  "Silah anbarı  yaşayış yerlərinə yaxın olduğu üçün 15 nəfər yaralanıb. Yaralıların hamısı mülki vətəndaşdır" dedi.
 
 Nasır partlayışın səbəbi ilə bağlı təhqiqat aparıldığını, bölgəyə giriş-çıxışların qadağan olunduğunu və vətəndaşların evlərindən bayıra çıxmamaları göstərişi verildiyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr