Mahmud Abbas ABŞ ilə münasibətlərdən danışdı

Fələstinin dövlət başçısı Mahmud Abbas ABŞ-ın Qüds və qaçqınlar məsələsindəki mövqeyini dəyişdirmədiyi təqdirdə bu ölkə ilə münasibətlərin düzəlməyəcəyini Rusiya rəhbərliyinə bildirdi.

1015307
Mahmud Abbas ABŞ ilə münasibətlərdən danışdı

 Fəth Mərkəzi Komitəsinin sədri Cibril ər-Rucub Fələstin Dövlət Televiziyasına müsahibə verərkən Mahmud Abbasın şənbə günü Rusiya prezidenti Vladimir Putinlə görüşündə ABŞ-ın Qüds, qaçqınlar və məskunlaşma yerləri mövzuları ilə bağlı mövqeyindən geri addım atmaması halında bu ölkə ilə münasibətlərin düzəlməyəcəyini ifadə etdiyini bildirdi.
 
 Rucubun verdiyi məlumata görə, Abbas görüşdə beynəlxalq hüquqa olan bağlılığını və ABŞ-ın İsraillə olan sülh prosesini inhisarına almasını qəbul etmədiyini vurğulayıb.
 
 Fələstinin milli uzlaşma məsələsində Misirin səylərini təqdir etdiklərini bildirən Rucub  Qəzzanın idarəsinin tam şəkildə hökumətin əlinə keçməsinin  məcburi olduğunu sözlərinə əlavə edib.
 
 Qeyd edək ki, Fələstin torpaqlarında Həmasın Qəzzada hakimiyyətə gəldiyi 2007-ci ildən bu yana siyasi pərakəndəlik yaşanır.
 
 



Әlaqәli Xәbәrlәr