Sarkisyanın  qardaşı  və  qardaşı oğlu tutulub

Ermənistanın  sabiq   prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan və  onun  oğlu  Ayk Sarkisyan  tutulub.

1006803
Sarkisyanın  qardaşı  və  qardaşı oğlu tutulub

Ermənistan  mətbuatında  əks  edən   məlumatlara  görə   Aleksandr Sarkisyan  iyulun 4-də Parisə uçmaq istəyərkən “Zvartnots” hava limanında Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.  Həmin  hadisədən  sonra    sonra Ayk Sarkisyanın evində  aparılan   axtarış  nəticəsində  xeyli pul, silah və rəsm əsəri aşkarlanaraq götürülüb. oğul Ayk   isə  saxlanılıb.

Ona qarşı 2007-ci il aprelin 1-də Yerevanda David Simonyan adlı şəxsin odlu silahdan açılan atəşlə yaralanması ilə əlaqədar ittiham irəli sürülüb. Bu fakt üzrə daha əvvəl bağlanan cinayət işi yenidən açılıb.

Qeyd  edək  ki,  müxalifət, iki dəfə prezident seçilən Sarkisyanı ölkəni  idarə   edəbilməmək,  iqtisadiyyatı   məhv  etməkdə  ittiham  etmiş və etiraz  aksiyalarına  start vermişdi.

 



Әlaqәli Xәbәrlәr