İran prezidentinin nüvə proqramına dair xəbərdarlığı

İran prezidenti Həsən Ruhani nüvə proqramı müqaviləsi davam etdirilməyəcəyi təqdirdə rəsmi Tehranın bununla bağlı fərqli qərarlar qəbul edə biləyəci barədə xəbərdarlıq edib.

1006489
İran prezidentinin nüvə proqramına dair xəbərdarlığı

İran prezidenti Həsən Ruhani nüvə proqramı müqaviləsi davam etdirilməyəcəyi təqdirdə rəsmi Tehranın bununla bağlı fərqli qərarlar qəbul edə biləyəci barədə xəbərdarlıq edib.

İranın bununla bağlı verdiyi açıqlamaya görə, Ruhani Vyanaya rəsmi səfəri çərçivəsində ötən gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sədri Yukiya Amano ilə görüşüb.

Görüşdə ABŞ-ın nüvə proqramı ilə əlaqəli müqaviləni tərk etməsini tənqid edən Ruhani ölkəsinin müqavilədəki mənfəətlərinin qorunmasının vacibliyini dilə gətirib.

Ruhani nüvə proqramı ilə əlaqəli müqavilənin davam etdirilə bilməməsi halında Tehranın nüvə proqram mövzusunda fərqli qərarlar ala biləcəyinə dair xəbərdarlıq edib.

ABŞ-ın çıxması ilə müqavilədəki tarazlığın pozulduğunu dilə gətirən Ruhani “Müqaviləyə tərəf olan ölkələr bununla bağlı balansı qorumalıdır” deyib.

İranın nüvə fəaliyyətlərinin sülhməqsədli olduğunu ifadə edən Ruhani nüvə müqavilənin həm diplomatiya həm də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin böyük zəfəri olduğunu vurğulayıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sədri Amano isə, İranla imzalanan müqavilənin diplomatik qazanc olduğunu qeyd edərək, bunun qorunmasının vacibliyini dilə gətirib.

İranın nüvə proqramı müqaviləsi çərçivəsində öhdəliklərini yerinə yetirdiyinin agentliyin müfəttişləri tərəfindən aparılan tədqiqatlar nəticəsində dəfələrlə təsdiqləndiyini qeyd edən Amano “Həssas bir dövrdəyik və iranlı rəsmilərlə yaxın əlaqə saxlamaqda davam edirik” deyə bildirib.



Әlaqәli Xәbәrlәr