Suriyada 6 ayda 4 min 759 dinc sakin hәlak oldu

Suriya İnsan Hüquqları Tәşkilatı bu ilin ilk altı ayında Suriyada törәdilәn hücumlar sәbәbindәn 104-ü uşaq, 798-i dә qadın olmaqla 4 min 759 dinc sakinin hәlak olduğunu açıqlayıb.

1004422

Hesabata әsasәn,  Bәşәr Әsәd rejimi ilin ilk altı ayında hәyata keçirdiyi hücumlarla  616-ı uşaq, 507-i dә qadın olmaqla 3 min 56 nәfәri qәtlә yetirib. Mәlumatda rejim qüvvәlәrinә havadan dәstәk verәn Rusiyaya mәxsus tәyyarәlәrin hücumu nәticәsindә isә 398 nәfәrin öldüyü bildirilib.

Koalisiya qüvvәlәrinin hәyata keçirdiyi hücumlar nәticәsindә  254 dinc sakin hәlak olub.

Hesabatda terror tәşkilatı DEAŞ-ın törәtdiyi hücumlar nәticәsindә 182 nәfәrin öldüyü, beynәlxalq koalisiya qüvvәlәrinin hücumları nәticәsindә isә  254 nәfәrin hәlak olduğu bildirilir.  

Suriya İnsan Hüquqları Tәşkilatının mәlumatına görә, YPG/PKK-nın törәtdiyi hücumlar nәticәsindә 112 nәfәr hәlak olub.

Mәlumatda 704 nәfәrin namәlum şәxslәr tәrәfindәn öldürüldüyü qeyd olunub.

Hesabatda həmçinin keçən ay Suriyada 593 nəfərin müxtəlif üsullarla öldürüldüyü bildirilib.

Әlaqәli Xәbәrlәr