İran prezidenti ABŞ-a reaksiya göstərdi

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinin neft ixracına mane olacağı təqdirdə bölgə ölkələrinin də neft ixracının qeyri-mümkün olacağını bildirib.

1004994
İran prezidenti ABŞ-a reaksiya göstərdi

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinin neft ixracına mane olacağı təqdirdə bölgə ölkələrinin də neft ixracının qeyri-mümkün olacağını bildirib.

İsveçrədə səfərdə olan Ruhani burda yaşayan vətəndaşları ilə bir araya gəldiyi toplantıda ABŞ-ın İranın neftinə dünya miqyasında tətbiq etdirməyə cəhd göstərdiyi sanksiya qərarlarına reaksiya göstərib.

ABŞ-ın İranın neft ixracını tamamilə dayandırmaq istədiyini ifadə edən Ruhani bu ifadənin mənasını qavraya bilmədiklərini, çünki ABŞ rəhbərliyinin  İrana bir damla neft ixrac etdirməyəcəyik dediyini, bunun bütün bölgə neftinin ixrac edilməyəcəyi mənasını daşıdığını, İran neftinin ixrac edilməyəcəyi təqdirdə bölgə neftinin ixracının mümkün olmadığını deyib.

Ruhani “Əgər bunu etsəniz nəticələrinə də dözərsiniz” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr