İran prezidenti H.Ruhani:  “ABŞ-ı diz çökdürməliyik”

İran prezidenti Həsən Ruhani iqtisadi böhran səbəbindən iqtidar partiyasına istiqamətli istefa çağırışlarını qəbul etmədiyini bildirib.

1001472
İran prezidenti H.Ruhani:  “ABŞ-ı diz çökdürməliyik”

İran prezidenti Həsən Ruhani dövlət telekanalında iqtidarına istiqamətli tənqidlərə və iqtisadi böhran ilə bağlı məruz qaldıqları ittihamlara münasibət bildirib.

Xalqın üz-üzə gəldiyi çətinlik və problemlərə son qoyulmalıdır deyən Həsən Ruhani, bunun ancaq həmrəylik və güc ittihadı ilə mümkün ola biləcəyini qeyd edib.

Ruhani istefa çağırışlarına da 24 milyon seçicinin səsi ilə iqtidara gəldiklərini, hazırda isə 81 milyonun etimadını qazandıqlarını  ifadə edərək cavab verib. O bildirib  ki,  “Bəziləri hökumətin qorxub istefa verəcəyini düşünürlər. Amma onlar yanılırlar”.

Prezident ABŞ-ı da tənqid edərək "ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasından təktərəfli çıxması İrana qarşı bir sui-qəsd cəhdidir. Bir çox ölkə Trampın bu qərarı qarşısında onlara təslim olub razılaşmağımızı gözləyir. ABŞ qarşısında təslim olmamalı, izzətimizi qorumalı və ABŞ-ı diz çökdürməliyik” deyib.



Әlaqәli Xәbәrlәr