Heydәr Әl-İbadi İraqdakı silahlı qruplaşmalara çağırış edib
İraqın Baş naziri Heydәr Әl-İbadi separatçı terror tәşkilatı PKK daxil olmaqla ölkәsindәki bütün qruplaşmaların tәrkisilah olmasını istәyib.
İraqın Baş naziri Heydәr Әl-İbadi separatçı terror tәşkilatı PKK daxil olmaqla ölkәsindәki bütün qruplaşmaların tәrkisilah olmasını istәyib.
İbadi Bağdadda baş tutan Nazirlәr Kabinetinin iclasından sonra keçirilәn mәtbuat konfransında bildirib ki, mayın 12-dә keçirilәn seçkilәrin ‘‘uğursuz olması’’ üçün sәylәr göstәrilib.
Heydәr әl-İbadi İraqda tәşkilatlanan terror tәşkilatı PKK vә digәr silahlı qruplaşmalara tәrkisilah olmaları ilә әlaqәdar çağırış edib.
‘‘İraq, Türkiyә vә Suriya sәrhәdlәrindәki tәhlükәsizliyin tәmin olunması mәsәlәsini Nazirlәr Kabinetinin iclasında әtraflı müzakirә etdik. Xüsusilә Kandil bölgәsindә tәşkilatlanma var. Orada hәyat sanki dayanıb. Biz heç bir qruplaşmaya İraq torpaqlarını istifadә edәrәk qomşumuz olan Türkiyәyә hücum etmәsinә icazә vermәrik’’,-deyә İraqın Baş naziri Heydәr Әl-İbadi bildirib.
Terror tәşkilatı DEAŞ-ın son zamanlarda artan hücumlarına da toxunan İbadi deyib.: ‘‘DEAŞ-ın törәtdiyi hücumları dayandırmağa çalışırıq. Hazırda qruplar şәklindә mövcudluqlarını davam etdirirlәr. Xüsusilә xalqın yaşamadığı dağlıq әrazilәrdәdirlәr’’.
Әlaqәli Xәbәrlәr
Rusiyada 22-27 aprel tarixlərində altıgünlük iş həftəsi tətbiq edilir
Rusiyada 22-27 aprel və 9-12 may tarixlərində iş və qeyri-iş günləri