“ABŞ ilə aramızda iqtisadi sahədə müharibə var”, H.Ruhani

İran prezidenti Həsən Ruhani ABŞ ilə iqtisadi müharibədə olduqlarını deyib.

1000117
“ABŞ ilə aramızda iqtisadi sahədə müharibə var”, H.Ruhani

İran prezidenti Həsən Ruhani ABŞ ilə iqtisadi müharibədə olduqlarını deyib.

Paytaxt Tehranda keçirilən “Məhkəmələrin gücü” ilə bağlı ümumi iclasda çıxış edən Ruhani deyib ki, ABŞ idarəsi İran iqtisadiyyatını hədəf götürüb. İki ölkə arasında iqtisadiyyat sahəsində müharibə var. Düşmənin hədəfi İranın iqtisadiyyatıdır. ABŞ İran iqtisadiyyatına zərbə endirməyi hədəf götürüb. Ölkədən kənarda 6 milyona yaxın iranlı yaşayır. Bu vətəndaşlarımız İrana gəlib sərmayə qoysunlar.  

Ruhani davamlı artan valyuta ilə əlaqəli isə “Lazımlı miqdarda valyutamız var. Xalq bununla bağlı narahat olmasın.” ifadəsini dilə gətirib.



Әlaqәli Xәbәrlәr