Qəndəhar şəhərində polis ilə taliban arasında qarşıdurma baş verib

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində, yol işində işləyən işçiləri oğurlayan taliban üzvü silahlılar ilə polis işçiləri arasında qarşıdurma baş verib. Hadisə nəticəsində 4 polis əməkdaşı həyatını itirib.

997532
Qəndəhar şəhərində polis ilə taliban arasında qarşıdurma baş verib

Yolda çalışan 13 texniki və onların təhlükəsizliyini təmin edən 20 mühafizəçi terror təşkilatı taliban tərəfindən qaçırılıb. Bunu Qəndəhar qubernatorunun sözçüsü Davud Əhmədi bildirib. Sözçünün məlumatına görə hadisə Qəndəharın Spin Buldek rayonunda baş verib.

Talibanın qaçırdığı işçiləri xilas etmək üçün bölgəyə cəlb olunan polis qüvvələri ilə silahlı terrorçular arasında qarşıdurma baş verdiyini ifadə edən Əhmədi 4 polisin öldüyü hadisə nəticəsində bir polis məmurunun da yaralandığını qeyd edib.



Әlaqәli Xәbәrlәr