TSQ-nın Münbiçdəki ikinci nəzarət prosesi başladı

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Münbiç qəsəbəsinin terror təşkilatı YPG/PKK-dan azad edilməsi fəaliyyətləri çərçivəsində qəsəbədəki ikinci nəzarət prosesi start götürdü.

996023
TSQ-nın Münbiçdəki ikinci nəzarət prosesi başladı

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Münbiç qəsəbəsinin terror təşkilatı YPG/PKK-dan azad edilməsi fəaliyyətləri çərçivəsində qəsəbədəki ikinci nəzarət prosesi start götürdü.

TSQ-ya məxsus zirəhli vasitələr “Fərat qalxanı” əməliyyatı bölgəsindəki Cerablus qəsəbəsilə Münbiç cəbhə xəttini bir-birindən ayıran Sacu çayı ərazisinə girib.

TSQ ilə eyni vaxtda ABŞ ünsürləri də bazalarının yerləşdiyi Dadat qəsəbəsi qarşısında keşik fəaliyyətlərini başladıb.

TSQ-nın Münbiçdəki nəzarət marşrutunda olan YPG terror təşkilatı mənsublarının yerləşdikləri mövqe və polis bölmələrini tərk etdikləri müşahidə olunub. 

İlk nəzarət fəaliyyəti iyunun 18-də həyata keçirildi.

Qeyd edək ki, Türkiyə və ABŞ, YPG/PKK-nın Suriyanın şimalında Fərat çayının qərbində işğal etdiyi Münbiçdən çıxarılması üçün razılaşdı.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu və amerikalı həmkarı Mayk Pompeo 4 iyundakı görüşdə qəsəbədə təhlükəsizlik və sabitliyin təmin edilməsini də əhatə edəcək yol xəritəsini təsdiqlədi.

Plan Türkiyə və ABŞ tərəflərinin hərbi və kəşfiyyat ünsürlərilə qəsəbədə birgə nəzarətə başlamasını da nəzərdə tutur.  Həmçinin Münbiçdə terrorçuların çıxmasından sonra qəsəbənin yerli ünsürlərindən idarəetmənin qurulmasını da əhatə edir.



Әlaqәli Xәbәrlәr