Bağdadda təhlükəsizlik qüvvələrilə Haşdi Şabi milisləri arasında qarşıdurma yaranıb

İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələrilə Haşdi Şabi milisləri arasında qarşıdurma yarandığı bildirilib.

996163
Bağdadda təhlükəsizlik qüvvələrilə Haşdi Şabi milisləri arasında qarşıdurma yaranıb

İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələrilə Haşdi Şabi milisləri arasında qarşıdurma yarandığı bildirilib.

Yayılan məlumata əsasən, Bağdadın Fələstin küçəsindəki bir nəzarət məntəqəsindən keçmək istəyən  Haşdi Şabiyə bağlı Ketaib Hizbullah mənsubu şəxslərlə ordakı polis əməkdaşları arasında mübahisə yaranıb.

Mübahisənin qısa müddət sonra silahlı qarşıdurmaya çevrildiyi və 3 yolis əməkdaşının yaralandığı iddia edilib.

Silahlı qarşıdurmaya səbəb olan milislərin təhlükəsizlik qüvvələrinə təslim edilməsi üçün Daxili İşlər Nazirliyilə Ketaib Hizbullah arasında müzakirələrin davam etdiyi bildirilib.

Təhlükəsizlik qüvvələri nəzarət məntəqəsinin yerləşdiyi bölgəyə giriş-çıxışları bağlayıb, bölgədə genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.  



Әlaqәli Xәbәrlәr